Əsas səhifə Biznes Seçilmiş “Crunchbase”: 2019-cu ildə dünya üzrə 142 startap $1 mlrd.-dan çox dəyərləndirilib

“Crunchbase”: 2019-cu ildə dünya üzrə 142 startap $1 mlrd.-dan çox dəyərləndirilib

159
Paylaş

2019-cu ilin ən bahalı “unicorn”u “Uber”in pilotsuz avtomobillərin istehsalı üzrə bölməsi olub. O 7,3 mlrd. dollar dəyərləndirilib.

Crunchbase-in hesablamasna görə, 2019-cu ilin 1 yanvarından 25 dekabrına kimi dəyəri 1 mlrd. dollardan çox olan 142 şirkət qeydə alınıb. Keçən il bu göstərici 158 idi.

Müvafiq olaraq 2017-ci ildə 102, 2016-da 87, 2015-də 106 belə şirkət olub.

Yeni “unicorn”lar sayına görə, ölkələr üzrə reytinqə ABŞ başçılıq edir – 78 şirkət burada 1 mlrd. dollardan çox dəyərləndirilib. Müvafiq olaraq, Çində 22, Braziliya və Almaniyada 5, Böyük Britaniya, İsrail və Hindistanda isə 4 belə şirkət yaranıb.

2019-cu ildə yeni “unicorn”-şirkətlər ümumilikdə 85,1 mlrd. dollar cəlb ediblər. 2018-ci ildə bu rəqəm 139 mlrd. dollar. 2017-ci ildə isə 93,8 mlrd. dollar olub.

Artıq geridə qoymağa hazırlaşdığımız 2019-cu ilin ən bahalı “unicorn”ları bunlar olub:

“Uber Advanced Technologies Group”, “Uber”in pilotuz avtomobillər istehsalı üzrə törəmə şirkəti – 7,3 mlrd. dollar.

“JD Health” dərmanların onlayn-ticarəti platforması – 7 mlrd. dollar.

“Databricks” analitik məlumatların birləşdirilməsi platforması – 6,2 mlrd. dollar.

“Bulud” mətbəxlər yaradıb icarəyə verən “CloudKitchens” – 5 mlrd. dollar.

Elektrik avtomobillər istehsalçısı “Rivian” – 5 mlrd. dollar.