“Crowded Cities” startapı sayəsində qarğalar küçələri təmizləyəcək

Date:

Paylaş:

Ağıllı varlıqlardan hesab olunan qarğalar analogiyanı anlamaq, eləcə də alətlərdən istifadə etmək bacarığına malikdir. Bəzi alimlər hesab edirlər ki, onların intellekti hətta meymunların intellekti ilə rəqabət apara bilər. Holland “Crowded Cities” startapı qarğaları siqaret kötüklərini xüsusi qablara gətirməklə əvəzində yemək əldə etməyə öyrətmək niyyətindədir.

Hazırda şəhərlərin küçələrində çoxlu siqaret kötüklərinə rast gəlinir. Layihə müəlliflərinin sözlərinə görə, Amsterdam küçələrinə hər il təxminən 6 milyard kötük atılır. Buna görə də startap komandası şəhər küçələrində kötüklərin axtarışı ilə məşğul olan ağıllı quşların istifadə edildiyi sistem yaratmağa qərar verib.

AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, layihənin müəllifləri ABŞ texnoloqu Coşua Kleynin 2008-ci ildə təsvir etdiyi kimi, qarğalara sikkələr yığaraq onları yer fındığı ilə dəyişməyi öyrədən ticari avtomatın işindən ilhamlanıblar.

“Crowded Cities” də analoji yanaşmadan istifadə edir. Komanda üzvləri mürəkkəb yemləmə qabı olan “Crowbar” adlanan xüsusi qurğu hazırlayıblar. Quşlar gətirdikləri kötükləri “Crowbar” qıfına atandan sonra onun içində quraşdırılmış kamera həmin əşyanın həqiqətən siqaret kötüyü olduğunu təsdiqləmək imkanına malikdir. Bundan sonra sistem quşlar üçün müəyyən miqdarda yeməyi xüsusi platformaya “təqdim edir”.

“Crowded Cities” komandasının üzvlərinin bildirdiyinə görə, hazırda sistemin bütün komponentləri işə hazırdır. “Crowbar” qurğularının Amsterdamın küçələrində quraşdırılmasından sonra sınaqlara başlanılacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...