İsveçrənin ikinci böyük bankı Credit Suisse keçən il 2,43 milyard dollar ilə üst-üstə ikinci il zərər etdiyi üçün bu il 5 mindən çox işçini işdən çıxaracağını açıqladı.
Reuters anketinə qatılan analitiklər bankın xalis 2,01 milyard frank zərər açıqlayacağını təxmin edirdilər.
Credit Suisse 2016-ci ildə də itkilərə görə 7250 adamı işdən çıxarmışdı. Bank tərəfindən hansı departmenlərdə daha çox işçininin çıxarılacağı açıqlanmayıb.