Əsas səhifə Biznes Credit Suisse bankı 5000 nəfəri işdən çıxaracaq

Credit Suisse bankı 5000 nəfəri işdən çıxaracaq

857
Paylaş

İsveçrənin ikinci böyük bankı Credit Suisse keçən il 2,43 milyard dollar ilə üst-üstə ikinci il zərər etdiyi üçün bu il 5 mindən çox işçini işdən çıxaracağını açıqladı.

Reuters anketinə qatılan analitiklər bankın xalis 2,01 milyard frank zərər açıqlayacağını təxmin edirdilər.

Credit Suisse 2016-ci ildə də itkilərə görə 7250 adamı işdən çıxarmışdı. Bank tərəfindən hansı departmenlərdə daha çox işçininin çıxarılacağı açıqlanmayıb.