Əsas səhifə Biznes Biznes məqalələri Çoxsaylı biznes sahibkarlarının sirri: uğurlu layihələr üçün ideyalar necə yaranır?

Çoxsaylı biznes sahibkarlarının sirri: uğurlu layihələr üçün ideyalar necə yaranır?

141
Paylaş

Sahibkarların bəzilərinin hətta bir neçə sahədə fəaliyyət göstərəcək qədər böyük  şansa sahib olduqlarını görə bilərik. Bəs onlar bu uğurlu layihələri üçün ideyaları hardan tapırlar? Kreativliyin köməyilə kommersiyada müvəffəqiyyətə necə nail olmaqdan bəhs edən yeni “Biznes dahisi” kitabından bu barədə məlumatlar əldə etmək olar.

Çoxsaylı biznes sahibkarları

İş adamı Kevin Ryan, Business Insider xəbər portalı ($450 mln.), Gilt multibrend onlayn-mağazası ($25 mln.) və MongoDB məlumatlar bazasını idarəetmə sistemi ($1,5 mlrd.-dan çox dəyərləndirilir) də daxil olmaqla doqquz sayda internet-şirkət qurub. Bu hələ hamısı deyil – o, ilk tərkibdə işləyib və 1 mlrd. dollardan çox dəyəri olan ilk DoubleClick internet-reklamının CEO-su olub. Ryan-ı çoxlu biznesi olan sahibkar adlandırmaq olar – internet-kommersiyadan tutmuş KİV və məlumatlar bazasının idarə edilməsinə kimi bir neçə sahədə möhtəşəm nailiyyələr əldə edib.

Kimlərinsə tək bir ideya belə çox çətinliklə ağıllarına gəldiyi halda, Ryan ardıcıl olaraq bir neçə dəfə uğurlu layihələr icra edib. Və ən maraqlısı – bir neçə sahədə. Ola bilər Ryan-ın bəxti gətirib və ya başqa nəsə.

Prototip və nümunə

Maraqları sahibkarlıqla psixologiya sahəsində kəsişən professor Robert Baron perspektivli imkanların haradan gəldiyini araşdırmağı qarşısına məqsəd qoyub və aydınlaşdırıb ki, onların əsasında qanunauyğunluqları bilmək dayanır.

Beynimizin əsas vəzifələrindən biri – qanunauyğunluqları təyin etmək

Bu həm özünümüdafiə, həm də faydalı imkanların axtarışı üçün vacibdir. Bizi nəsə təhlükə gözləyəndə bundan qaçırıq. Amma nəsə birşey bizə potensial xeyir vəd edəndə ona doğru gedirik.

Qanunauyğunluqların öyrənilməsində iki əqli model iştirak edir və Baronun fikrincə, onların köməyilə sahibkarlar yeni ideyalar axtarırlar.

Birincisi – prototip, amma dərhal yada düşən yox. Psixologiyada prototip, konsepsiyanın əsas keyfiyyətləri barədə abstrakt təqdimat deməkdir. Bir qəhvə məkanı təsəvvür edin. Ona prototip olaraq ağlımıza balaca fasadı, içərisində stolları olan və qəhvə ilə kekslər satılan, həmçinin, ödənişsiz Wi-Fi təklif olunan (sahibkarın nə dərəcədə səxavətli olmasında asılı olaraq) bir yer gələcək. Yaxud da, biznesdən bəhs edərkən, texnoloji startapın prototipi gənc, sürətlə inkişaf edən və vençur kapital əsasında qurulub unikal texnologiya təklif edən bir biznes olmuş olacaq.

Sahibkarlar karyeralarının əvvəlində öz qərarlarında demək olar ki, prototiplərə əsaslanırlar. Onları da kitablardan və həmkarlarının məsləhətlərindən mənimsəyirlər. Məsələn, təcrübəsiz sahibkar Mike vakansiyaya namizəd Tomu qəbul edəcək. Tomu və onun şirkət üçün dəyərini qiymətləndirərkən, Mike-ın əvvəlcədən mənimsədiyi “perspektivli bir işçi prototipi”ndən (bacarıqlı, maraqlanan, məsuliyyətli və sair.) çıxış edəcəyi gözlənilir. Mike heç düşünmədən Tomda bu keyfiyyətlərə diqqət edəcək. Bu, artıq məlum olan nəsə əsasında tələsik, düşünülmüş təyinat prosesidir.

İkinci mental model – nümunə, mahiyyətcə, kateqoriyadan konkret nümunə. Yəni, məsələn,  Adam Sandler – gülüş ustalarına bir nümunədir. “Adam Sandler” desəniz dərhal hamı komik aktyordan söhbət getdiyini biləcək. Bu o demək deyil ki, o hamıdan daha yaxşı güldürməyi bacaran birisidir, sadəcə digərləri onunla müqayisə edilir. Belə nümunələr hər bir sahədə ola blər.

Təcrübə toplayaraq, sahibkarlar fərqli konsepsiyaların konkret nümunələrini götürürlər və daha da çox nümunələrə əsaslanırlar. Onlardan istifadə ideyaların inkişafını sürətləndirir. Nəticədə hər yeni ideyanın fərdi, xarakterik əlamətlərini aydınlaşdırmaq üçün vaxt sərf etməyə ehtiyac qalmır.

Bu və ya digər ideyanın nümunə ilə üst-üstə düşməsi kifayətdir ki, bizə tanış gəlsin.

Yenidən vakansiyaya namizəd olan potensial əməkdaş Toma gələk: təsəvvür edək ki, onunla ikinci müsahibəni təcrübəli sahibkar Salli aparacaq. Karyerası ərzində çoxlu insanlarla işləyib və bütün bu həmkarlarının hamısı onun üçün əsl nümunə olub. Salli Tomu, birgə işlədiyi ən perspektivli adamlarla dərhal müqayisə edəcək və onda uğurlu kolleqalarından hər hansısa biri ilə oxşarlıq tapmış olsa, anındaca ona iş təklif edəcək.

İmkanlar ehtimalı

Vacib olan odur ki, mental modellərin tanınması sahibkarlarda imkanlar baxımıdan instikt formalaşdırır. Yəni, araşdırmalara görə, artıq zəngin təcrübəyə malik olan bir sahibkar yeni ideyalar axtarışına uzun-uzadı vaxtını sərf etmir, hər şey beyində instiktiv həll olunur – əldə etdikləri  təcrübə onlar üçün geniş nümunələr toplusu formalaşdırır  və onlara da artıq avtomatik olaraq müraciət edirlər. Təcrübəli sahibkarlar əldə etdikləri təcrübəyə əsasən onlara tanış olan faydalı  ideyaları bilə bilirlər.

Qısacası,  məqsədyönlü bilik və təcrübə sahibkarlar üçün yeni faydalı ideyanı tutmaq imkanını artırır, çünki, onlar yenisində tanış məqamları asanlıqla görə bilirlər.

Təcrübə tanış ideyaların yaranmasını asanlaşdırır, bəs o olmasa necə? Deyə bilərik ki, sahibkarların nümunə və prototiplər öyrənmək üçün daha bir yolu var. Yaradıcı insanlar analoji nəticə üçün məqsədyönlü istehlakdan istifadə edirlər.

Təcrübənin təbii surətdə əldə edilməsi vacib deyil

Sən demə müşahidə etmək, öz nümunə və prototiplərini toplamaq qədər faydalıdır. Araşdırmalar təsdiqləyir ki, uğurlu sahibkarlar həm də üçüncü tərəflərin onların öz sahələri ilə əlaqəli olan təcrübələrindən yararlanırlar. Araşdırmalardan birində belə məlum olub ki, tanınmış sahibkarlar digər biznesmenlərdən fərqli olaraq, yeni biznes-ideyalara yüksək ixtisaslaşmış peşəkar məqalələrdən  ilham alıblar.

Nümunələr hardan gəldi əldə edilmir.

Onlar sahibkar üçün praktiki olaraq maraq kəsb edən istiqamət və ya onun fəaliyyət sahəsi ilə birbaşa bağlı olan məlumatlardan yaranırlar. Məlumatlardan istədikləri qədər istifadə etməklə, çoxsaylı biznes sahibkarları hətta onlar üçün yeni olan sahədə belə özlərinə bir neçə faydalı  nümunə götürürlər, eynilə Kevin Ryan kimi. Və bu nümunələr də onlara perspektivli ideyalara nəzər yetirməyə imkan verir.