Əsas səhifə Biznes sahələri Avtomobil Çoxdan gözlənilən avtomobillər artıq Azərbaycanda

Çoxdan gözlənilən avtomobillər artıq Azərbaycanda

83
Paylaş

Volkswagen Bakı Mərkəzi bir çox avtomobil həvəskarlarının çoxdan gözlədiyi avtomobilləri Azərbaycana gətirib.

“Bizplus.az” xəbər verir ki, idmansayağı biznes-kupe Volkswagen Arteon, şəhərdə və aktiv istirahətdə əvəzolunmaz SUV – Volkswagen Tiguan avtomobillərinin 2020-ci ildə ilk partiyası çox məhdud sayda idxal olunub.

Volkswagen Arteon avtomobilinin satış qiyməti 84 min 200 manatdan, Tiguan avtomobilinin satış qiyməti isə 62 min 100 manatdan başlayır.

Qeyd edək ki, uzun müddətdir Tiguan modeli Azərbaycana idxal olunmurdu.

Yığcam krossover olan Tiguan modeli 2007-ci ildə təqdim edilib. Həmin ildən bu yana dünyada 5 milyon ədəddən çox Tiguan satılıb.