“Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov azadlığa çıxıb.
Qeyd edək ki, dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən İ.Qasımov 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin martında Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən apellyasiya şikayəti üzrə prosesdə İlham Qasımovun məhkumluq cəzası 15 ildən 12 ilə endirilmişdi.
İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Çovdarov bir neçə dəfə onu nazirliyə apararaq həbslə hədələyib külli miqdarda pul alıb. Bu məbləğin miqdarı 250 min dollar civarında göstərilir. İ.Qasımov isə məşhur milyarder Gülağa Qəmbərovun (Tənha) şikayəti əsasında həbs edilib. İ.Qasımovun iş ortağı şair Tənhaya 19,5 milyon manat “atdığı” iddia edilirdi.