İtaliyada yeni növ koronavirusun yayılması səbəbindən modelyer Corco Armani bir həftə ərzində Milandakı ofislərini, həmçinin Lombardiya, Emiliya-Romanya, Veneto, Trentino Alto Adice və Pyemontedəki fabriklərini bağlayıb.
Bu barədə ANSA agentliyi məlumat verib.
Bildirək ki, son gündə İtaliyada virusa yoluxanların sayı 152 nəfərə çatıb, 3 nəfər ölüb. Epidemiyanın yayılması fonunda Armani dünən Milan Moda Həftəsindəki şousunu da qapalı edib: tamaşaçıları riskə atmamaq üçün şou qonaqsız keçirilib.
ANSA-nın məlumatına görə, koronavirusun yayılması səbəbi ilə Milanda məktəblər, teatrlar, kinoteatrlar, barlar və gecə klubları bir həftəliyə bağlanıb. Həmçinin Milan Kafedral kilsəsi, “La Skala” opera teatrı, “Brera” incəsənət qalereyası kimi şəhərin görməli yerli ziyarətçilər üçün bağlıdır.