Corc Kluni ilə həyat yoldaşı 1 milyon dollar nifrətlə mübarizə fonduna bağışlayıb.
Corc və Amal Kluni ABŞ-a nifrət qrupları ilə mübarizə üçün “Southern Poverty Law Center” xeyriyyə fondunun hüquq müdafiə təşkilatına bir milyon dollar ianə ayırıb. Bu barədə “Associated Press” informasiya agentliyi xəbər verib.
Hollivud ulduzunun sözlərinə görə, o, xanımı ilə birlikdə bərabərlik uğrunda mübarizəyə öz maliyyə töhfəsini vermək istəyib.
“Southern Poverty Law Center” təşkilatı ABŞ-da 1600-dən çox ekstremist qrupların fəaliyyətini izləyir və onlara qarşı məhkəmə proseslərində mütəmadi olaraq iştirak edir.
©publika