Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Coolest Cooler” soyuducu istehsalçısı fəaliyyətini dayandırıb

“Coolest Cooler” soyuducu istehsalçısı fəaliyyətini dayandırıb

67
Paylaş

Daşınan soyuduclar istehsalı üzrə Coolest Cooler startapı beş illik fəaliyyətdən sonra bağlanıb. Bu barədə şirkətin baş direktoru məlumat verib. Onun sözlərinə görə, buna səbəb ABŞ-la Çin arasındakı ticarət müharibəsidir. Belə ki, ABŞ hökuməti Çindən gələn mallara gömrük yığımı tətbiq edir. Sözügedən şirkətin soyuducu istehsalı üçün lazım olan çin dəstlərinə ödənişlər 25% təşkil ediblər.

Qeyd edək ki, Coolest Cooler şirkətini “Kickstarter-in kralı” adlandırıblar – 2014-cü ildə o, bu meydançada 13 mln. dollar yığa bilib. Startapa 60 mində çox adam yatırım edib.  Onların 20 minindən çoxu vəd edilən soyuducuları əldə edə bilməyəcəklər. Onlar 185 dollar və  çatdırılmaya görə 15 dollar ödəyiblər. Baş direktor bildirib ki, şirkətin artıq məhsulları istehsal etmək və çatdırmaq üçün vəsaiti yoxdur.

Oreqon ştatının Ədliyyə Nazirliyi 2017-ci ildə şirkəti soyuducuları əldə etməyən sponsorlara 20 dollar ödəməyə məcbur edib. Coolest Cooler 2020-ci ilin 6 iyununa kimi müştərilərlə hesablaşmalıdır.