Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var

Date:

Paylaş:

Oktyabrın 17-də ADA Universitetində Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə “Müasir dövrdə beynəlxalq ticarət və biznes üzrə çağırışlar və imkanlar” mövzusunda müzakirələr aparılıb.

Azərbaycan-Avstraliya Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Avstraliyanın Azərbaycana investisiya qoymaqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycanda əlverişli biznes imkanları mövcuddur. Azərbaycanın sabit ölkə olduğunu deyən Con Hammond vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. “Azərbaycanda əlverişli biznes və investisiya mühiti mövcuddur. Azərbaycan dayanıqlı iqtisadi inkişafa malikdir. Burada kifayət qədər peşəkar kadr var. Bakıda bir neçə müvafiq qurumla əməkdaşlığa dair görüşlər keçirildi. Avstraliya Azərbaycanla neft sənayesi, maliyyə sektoru və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcək”, – deyə C.Hammond vurğulayıb.

Qonaq Azərbaycanda həyat səviyyəsinin yüksək olduğunu da qeyd edib.

Tədbirdə, həmçinin qloballaşma şəraitinin beynəlxalq ticarətə təsir göstərdiyi vurğulanıb. Biznes layihələr, ticarətə dair müzakirələr zamanı Azərbaycanın qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin və ixracyönümlü məhsul istehsalının inkişafına böyük diqqət ayırdığı diqqətə çatdırılıb.

Peşə təhsilinin əhəmiyyətinə də toxunulan tədbirdə azərbaycanlı və avstraliyalı tələbələrin fikir mübadiləsi aparmalarının vacibliyi vurğulanıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...