Sinqapurun kriptovalyuta startapı CoinDash ICO (tokenlərin ilkin yerləşdirilməsi) zamanı xaker hücumuna məruz qaldıqlarını elan edib. Belə ki, kibercinayətkarlar investorlardan gələn vəsaitlərin toplandığı ünvanı dəyişiblər.
CoinDash 28 gün ərzində ICO gedişində 12 milyard dollara qədər vəsait cəlb etməyi düşünürdü. Şirkətin hesablamasına görə, ICO elan edildikdən sonra bir neçə gün ərzində fırıldaqçıların hesabına təqribən 7,5 milyard dollar daxil olub.
Bununla belə, BitcoinTalk forumunun istifadəçiləri belə düşünür ki, heç bir xaker hücumu olmayıb, ünvanı isə CoinDash sahiblərinin özləri dəyişib.
© Banker.az