Cocuq Mərcanlı sakinləri biznesə başlayıblar

Date:

Paylaş:

Füzuli rayonunda son bir ildə özünüməşğulluq proqramı əsasında 250-yə yaxın şəxsə proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib və onların kiçik biznesə çıxışına şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, kasıb təbəqəyə aid olan bu şəxslər öz kiçik ailə müəssisələrini qurublar. 

Özünüməşğulluq proqramı Cocuq Mərcanlı kəndini (Cəbrayıl rayonu) də əhatə edib. Kənddə yaşayan 25 ailə üçün özünüməşğulluq proqramı çərçivəsində əsasən heyvandarlıq üzrə təsərrüfatlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Füzuli rayonuna və Cocuq Mərcanlıya təşkil edilən mediatur çərçivəsində bir qrup KİV əməkdaşına cəbhə bölgəsində özünüməşğulluq proqramının icrası işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb. 30-a yaxın jurnalist proqrama cəlb olunanlara aktivlərin təqdim edilməsi prosesini izləyiblər. Əvvəlcə Füzuli rayon sakini Xaləddin İsmayılov üçün onun biznes-planına uyğun qurulan istixana təsərrüfatının vətəndaşa təhvil verilməsi prosesi nəzərdə keçirilib. Bildirilib ki, ümumi sahəsi 200 kvadratmetrə yaxın istixanada X.İsmayılov tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğul olacaq.

Daha sonra Füzuli rayonun Aşağı Yağlıvənd kənd sakini Heydər Qasımova avtomobil şinlərinin təmiri sexinin yaradılması, Horadiz şəhər sakini Vüsal Mehralıyevə dönərçi kimi özünüməşğulluğunu qurması üçün verilən mal və materiallara  baxış keçirilib. Jurnalistlər Cocuq Mərcanlıda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış heyvandarlıq təsərrüfatları ilə də tanış olublar.  Proqram iştirakçıları dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, dövlət başçısına minnətdarlıqlarını bildirib və kiçik ailə  təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, son bir ildə ümumilikdə Cəbrayıl rayonu üzrə də 200-ə yaxın aztəminatlı ailə üçün özünüməşğulluq proqramı əsasında kiçik müəssisələr yaradılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...