“Coca-Cola” və “Pepsi” məhkəməyə verilib

Date:

Paylaş:

“Coca-Cola”, “Pepsi” və digər böyük plastik çirkləndiricilər məhsullarının təkrar istifadəsi barədə yalan məlumat verməkdə və milyonlarla ton tullantını okeanlara atmaqda ittiham edilir.

Ətraf mühiti mühafizə təşkilatı “Earth Island Institute” ötən həftə analoji şirkətlərə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iddiasında qeyd olunur ki, hər il 8 milyondan 20 milyon tonadək plastik tullantı dünya okeanlarına atılır və tullantıların böyük əksəriyyəti bu şirkətlərin payına düşür. Bundan başqa, vəziyyətin belə davam edəcəyi təqdirdə 2050-ci ilə qədər okeanlardakı plastikin həcmi balıqlardan daha çox olacaq.

Qeyd edək ki, son tədqiqatlar 1950-ci ildən bəri istehsal olunan plastikin 91%-nin təkrar emal edilmədiyini və qırıntıların əksəriyyətinin poliqonlarda, sobalarda yandırılıdığını və ya okeanlara atıldığını göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...