Coca-Cola qablaşdırmasında tullantı butulkalardan istifadə edəcək

Date:

Paylaş:

Amerikanın içki istehsalçısı The Coca-Coca Company plastmas butulkaların emalı texnologiyasını təqdim edib. Bu texnologiyaya əsasən dənizdən yığılmış tullantı qablardan yeni butulkalar istehsal olunacaq. Yeni metod Ioniqa Technologies, Indorama Ventures və Mares Circulares şirkətlərinin mütəxəssisləri ilə birgə işlənib.

İstehsalçı bildirib ki, bu texnologiya əvvəllər yenidən istifadəyə yararlı olmayan plastmasların emalına imkan verir. Yeni metodun üstünlüyünü göstərmək üçün şirkət 300 butulkadan sınaq məhsulları hazırlayıb. Onlar 25% plastikdən ibarətdirlər və Aralıq dənizi ilə onun çimərliklərindən toplanıblar.

The Coca-Cola Company nümayəndələrinin sözlərinə görə, onların texnologiyasının böyük potensialı var. Bu metod sayəsində istehsalçılar əvvəllər yandırılan və ya depolarda saxlanılan ikinci istifadə materialını yenidən emal edə və əldə olunan plastiki yüksək keyfiyyətli qablaşdırmaların hazırlanması üçün istifadə edə biləcəklər. Şirkət əmindir ki, bu, karbonun azalmasına böyük təsir göstərəcək.

Coca-Cola Western Europe-ın texniki məsələlər və təchizat üzrə direktoru Bruno van Gompel bildirib ki,  tullantıların tam emalı texnologiyası təkcə onlar üçün deyil, sənaye və bütövlükdə cəmiyyət üçün fövqəladə maraqlıdır.

Şirkətdə həm də bildiriblər ki, yeni texnologiyanın istehsalda geniş vüsət alması 2020-ci ilə planlaşdırılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...