Əsas səhifə Biznes Coca-Cola Danone şirkətini satın ala bilər

Coca-Cola Danone şirkətini satın ala bilər

768
Paylaş

Fransanın süd və süd məhsulları istehsalçısı “Danone”nin “Kratf” və ya “Coca-Cola” tərəfindən satın alınacağı iddia edilib. “Marja” xəbər verir ki, “Danone” isə bu məsələdə səssiz qalmağı üstün tutur.
 
“New York Post” qəzetində həftə sonu nəşr olunan bir xəbərə görə, Fransanın süd və süd məhsulları istehsalçısı “Danone”, ərzaq məhsulları istehsalçılarının satınalma hədəfi halına gələ bilər.

Qəzetə danışan mənbələr, “”Danone”, “Kraft” və ya “Coca-Cola” tərəfindən satın alına və Fransa hökuməti buna icazə verir” – deyə bildiriblər.

“Danone”nin satıla biləcəyi barədə xəbər Paris Birjasında “Danone” səhmlərinə alış gətirib. “Danone” səhmləri bu gün 1,5 faiz dəyər qazanıb və Şirkətin bazar dəyəri 44 milyard avro səviyyəsinə çatıb.

“Danone”, “New York Post”un xəbərinə dair açıqlama verməyib.