Dünyanın ən böyük alkoqolsuz içkilər şirkəti Coca-Cola, ən böyük problemini həll edəcək şəxsə 1 milyon dollar ödəyəcək.
Şirkət alimlərin qatılacağı bir müsabiqəyə başlayıb. Şirkət alimlərdən bu ana qədər heç bir içki şirkətinin bacarmadığını reallaşdırmalarını istəyir. Şirkətin elm adamlarından istədiyi isə bir tərkib hazırlamalarıdır.
Bu tərkib təbii olacaq, etibarlı olacaq, kalorili olmayacaq, içkilər və ya ərzaqlar ilə qarışanda şəkər ilə eyni dadı verəcəkdir. Eyni zamanda tərkib, şəkər otu və Monk meyvəsindən əldə olunmayacaq və ya tərkibində olmayacaqdır.
Xarici mənbələrdə “Heraklın bacara biləcəyi çətin vəzifə” olaraq adlandırılan bu problem əslində 4,8 trilyon dollarlıq qablaşdırılmış yeyinti sənayesinin illərdir həll etməyə çalışdığı ən böyük problemlərdən biridir.
Əgər bu problemi həll edən olsa alacağı mükafat 1 milyon dollar olacaqdır.
©marja