Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri CNBC: “Tesla” “Panasonic”-dən asılılığı azaltmaq üçün öz şəxsi mühərrikini istehsal edir

CNBC: “Tesla” “Panasonic”-dən asılılığı azaltmaq üçün öz şəxsi mühərrikini istehsal edir

319
Paylaş
Tesla
Tesla

Nəşrdə qeyd edilir ki, bu, şirkətə avtomobillərin qiymətini azaltmaqda kömək edəcək və texnologiyaları tərəfdaşlarla bölüşməməyə imkan verəcək.

“Tesla” elektromobillər üçün gizlincə öz şəxsi mühərriklərini işləyib hazırlayır. İşlər, Kaliforniyada, Frimontedəki bir avtomobil zavodunun yaxınlığındakı müəssisədə həyata keçirilir. Bu barədə şirkətin hazırki və keçmiş əməkdaşlarına istinadən CNBC yazır.

 Frimontedəki zavodda “Tesla”,  Model 3, Model S və Model X istehsal edir. Mühərriklər Nevadadakı Gigafactory zavodunda  istehsal edilirlər. Bu zavod “Panasonic”-lə birgə fəaliyyət göstərir. 

Nəşrin mənbələrindən əldə edilən məlumata görə, “Tesla”-nın araşdırma komandasının əməkdaşları litium-ion mühərriklərinin prototipivə digər avadanlıqlar  üzərində işləyirlər. Beləcə şirkət çoxlu sayda ehtiyyat hissələri istehsal edir.

Öz mühərriklərinin istehsalı, şirkətə daha ucuz və yüsək istehsal keyfiyyətlərinə malik avtomobillər təklif etməyə imkan verəcək, CNBC qeyd edir.

Bununla belə, “Tesla” “Panasonic” və digər tədarükçülərlə əməkdaşlığı hələ ki, dayandırmaq fikrində deyil, nəşrdə deyilir. “Tesla”, “Panasonic” və “LG” ilə birlikdə Model 3 üçün mühərrikləri təmin edəcəklər və onlar Şanxay zavodunda buraxılacaqlar.

“Panasonic” və “Tesla”-da CNBC-nin suallarına cavab verməyiblər.

2019-cu ilin yanvarında “Panasonic” “Toyota” ilə birgə mühərrik istehsalı ilə bağlı razılıq imzalayıb Bu razılğa görə şirkətlər birgə müəssisə quracaqlar və burdan Toyota 51%, Panasonic isə 49% əldə edəcək.

CNBC xatırladır ki, apreldə “Panasonic” bildirib ki, müvəqqəti olaraq Gigafactory-yə yatırımı dayandıracaq. “Tesla”-nın rəhbəri Elon Musk Panasonic-i Model 3 istehsalında sürət tempini  azaltmaqda ittiham edib.