Amerikanın ClassPass fitnes-aqreqatoru 285 mln. dollar cəlb edib. Şirkətin dəyərləndirilməsi 1 mlrd. dollar çatıb və bununla da o, 2020-ci ilin ilk texnologiya nəhənginə çevrilib. Bu barədə Forbes şirkətə istinadən xəbər verir.
Raunda L Catterton və Apax Digital investisiya firmaları başçılıq ediblər. Asiyanın Temasek-i də burada iştirak edib. Cəlb olunmuş pullarla ClassPass yeni bazarlara, həmçinin, Avropaya çıxmaq və korporativ proqramları genişləndirmək niyyətindədir.
Qeyd edək ki, sözügedən xidmət 28 ölkədə fəaliyyət göstərir və 5 milyondan çox müxtəlif idman növü üzrə təlimlər təklif edir. Şirkət korporativ xidmətlər təqdim edir və Google,Morgan Stanley və təxminən daha 1000 şirkətlə əməkdaşlıq edir.