Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib

“City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib

492
Paylaş
Şirkət
Şirkət

2013-cü ildən fəaliyyət göstərən “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.

BOKT-un müvafiq olaraq 66,7%-lik və 33,3%-lik təsisçiləri Ramiz Eyvazov və Vüqar Dəmirov paylarını “AGA Group”a satıblar.

Alqı-satqıdan sonra maliyyə qurumunun yeni təsisçisi onun nizamnamə kapitalını 625 min manat və yaxud 1,67 dəfə artıraraq 1 milyon manata çatdırıb.

Xatırladaq ki, “AGA Group” 1994-cü ildən fəaliyyət göstərir. Bakıdakı “Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA Center”, “Ariana Business Park”, “Start Co-Working” kimi əmlaklar, “Ferrum Kapital” və “Caspian Audit” MMC-lər, “Da Vinci” və “Caspian Palace” otelləri, “Bravo Online Systems” informasiya texnologiyaları şirkəti, “Monte Ferro” aqroparkı adı çəkilən holdinqə daxildir.