Cosco, bulud tətbiqləri üçün monitorinqlə məşğul olan Datadog proqram şirkətinə onu satın almağı təklif edib. Bloomberg, məsələdə maraqlı olan şəxslərə istinadən xəbər verir ki, bunun üçün DataDog-a təklif edilən məbləğin həcmi 7 milyard dolları ötüb. IPO ərəfəsi Datadog bu qədər dəyərləndirilib.
DataDog təklifdən imtina edib. O, IPO-ya hazırlaşır və belə düşünür ki, bununla, zamanla öz dəyərini artıra biləcək.
Bu həftə Datadog öz IPO qiymət diapazonunu hər aksiyaya görə 24-26 dollara kimi qaldırıb, əvvəl isə bu 19-22 dollar olub. Şirkətin bu diapazonun yuxarısında dəyəri 4,5 milyard dollardır. Amerikan xidməti qeyd edib ki, IPO yolu ilə təxminən 718 milyon dollar cəlb etməyi düşünür.
Datadog-un müştəriləri arasında Biogen,Comcast, Deloitte və Twitter kimi iri şirkətlər var.