Bundan əvvəl Lotus Malaziyanın Proton şirkətinə aid idi. Lakin, hal-hazırkı sövdələşmədən sonra səhmlərin 51%-i Zhejiang Geely holdinqə, qalan 49% isə Etika Automotive şirkətinə məxsusdur. Jan-Mark Jale icraçı baş direktor postununu qoruyub saxlayıb, lakin şirkətin yeni direktorlar şurasına üç Geely və iki Etika Automotive nümayəndəsi daxil edilib.
Turbo.az 4charx.com-a istinadən bildirir ki, Lotus şirkəti 1952-ci ildə Entoni Kolin Brüs Çapman tərəfindən təsis edilib. 1982-ci ildə Çapman ürək çatışmamazlığından sonra dünyasını dəyişir, marka isə General Motors tərəfindən satın alınır. 1993-cü ilin yayında amerikalılar tanınmış sportkar istehsalçısını 30 milyon dollar qarşlığında A.C.B.N. Holdings S.A. holdinqə satırlar.
1996-cı ildə səhmlərin nəzarət paketini Malayziyanın Perusahaan Otomobil Nasional Bhd (Proton) konserni əldə edir. 2012-ci ildə isə həm Proton, həm də Lotus şirkətinin nəzarəti DRB-Hicom korporasiyasına keçir.
©4charx.com