Əsas səhifə Xəbərlər Xarici xəbərlər Çinli milyarder Asiyanın ən zəngin adamı oldu

Çinli milyarder Asiyanın ən zəngin adamı oldu

19
Paylaş

“Alibaba” şirkətinin qurucusu Cek Ma, Asiyanın ən varlı adamı olub.

Bu haqda “Bloomberg” agentliyi yazır.

55 yaşlı sahibkar  44,5 milyard dollar dəyərində sərvəti ilə dünyanın ən zəngin adamları siyahısında 18-ci yerə yüksəlib. 19-cu yerdə “Reliance Industries” holdinqinin yaradıcısı Mukeş Ambani dayanır, onun sərvəti 41,8 milyard dollar dəyərində qiymətləndirilir.

“Bloomberg”in məlumatına görə, Ma,  itkiləri də azaltmağa nail olub. İş adamının zərəri təxminən 1 mlrd. dollar olub.

Xatırladaq ki, “Alibaba” şirkəti 1999-cu ildə təsis edilib və hal-hazırda elektron kommersiya və rəqəmsal ödənişlərlə məşğul olan ən böyük şirkətlərdən biridir.