Əsas səhifə Biznes Çinin Tencent şirkəti Teslanın 5 faizlik hissəsini satın aldı

Çinin Tencent şirkəti Teslanın 5 faizlik hissəsini satın aldı

969
Paylaş

Çinin ən dəyərli internet və texnoloji şirkətlərindən biri olan Tencent Teslanın səhmdarları arasında qarıldı. Çin şirkəti TESLAnın 5 faizlik hissəsini satın alıb.

Çinin ən məşhur mesajlaşma tətbiqlərindən olan WeChatın sahibi olan Tencent məlumata görə 1.7 milyard dollar qarşılığında 8.167.544 Tesla səhmini alıb. Bu səhmlərin hazırju dəyəri 2.2. milyard dollara bərabərdir.

Tencent bundan əvvək Snapchat və Didi Chuxing kimi startuplara investisiya etmişdi. Supercelli isə 10.2 milyard dollar qarşılığında satın almışdı.