Çinin tətbiqləri ABŞ bazarını necə ələ keçirilər

Date:

Paylaş:

TikTok kimi tətbiqlər və oyunlar, ABŞ-da kifayət qədər məşhur olmuşdur. “Sensor Tower” in verdiyi məlumata görə, 2019-cu ilin birinci rübündə çinli tərtibatçıların yaratdığı tətbiqlər 674,8 milyon dollar qazanıblar.

ABŞ və Çin arasındakı münasibətlərdə gərginliyə baxmayaraq, Çin şirkətləri daxili bazarın çərçivəsindən tədricən çıxırlar. Xüsusilə, son bir neçə il ərzində Çinin texnoloji şirkətlərin tərtib etdiyi mobil tətbiqlər, ABŞ istehlakçıları arasında çox məşhur olmuşdur.

2019-cu ilin birinci rübündə Çin nəşriyyatları və ya şirkətləri tərəfindən tərtib edilmiş tətbiqlər, ABŞ-da 674,8 milyon dollar qazanıblar. Bu gəlir ümumi satış həcminin 22%-ni təşkil etmişdir.  

“Sensor Tower” in hesablamalarına görə, 2019-cu ilin fevral ayında TikTok tətbiqinin gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 67% artmışdır.

Çinin texnoloji firmaları, ölkələr arasında gedən ticarət müharibəsinə, Huawei və ZTE kimi şirkətlərə neqativ münasibətə baxmayaraq, ABŞ ərazisinə daxil ola bilmişlər.

Birinci kvartalda daha çox yüklənən tətbiqlər arasında 3-cü sırada TikTok, 2-ci sırada “Color Bump 3D” oyunu, 1-ci sırada isə Facebook Messenger durur. Xatırladaq ki, TikTok tətbiqi “ByteDance” şirkətinə məxsusdur, hansıki Çinin ən nəhəng texnoloji şirkətlərdən biri sayılır.

TikTok kimi tanınmış bu proqram, ABŞ-da Douyin adını almışdır. Adın dəyişdirilməsi və rebrendinq şirkətə ABŞ ərazisində də müvəffəqiyyət qazanmasına kömək edib.

Qeyd etmək lazımdır ki, TikTok və digər analoji tətbiqlərdən istifadə edən insanlar, onların Çin şirkətləri tərəfindən yaradıldığını bilmirlər.

“Ümumilikdə, bu tətbiqlərin yaranma tarixi ilə bağlı informasiya çox azdır, – deyə CNBC-yə Counterpoint Research analitiki qeyd edir. – Çinin texnoloji şirkətləri əlindən gələni etməyə çalışırlar ki, bu tətbiqlərin adı çəkiləndə istifadəçilərin ağlına Çin ölkəsi gəlməsin. Əsas ideya – özünü qlobal oyunçu kimi təqdim etməkdir”.

Əslində, gəlirin bu qədər artması bir sıra oyunların hesabına olmuşdur – məsələn, “Epic Games” tərəfindən yaradılmış Fortnite. Qeyd etmək lazımdır ki, bu oyun “Tencent” 40%-lik paya sahibdir. Digər nümunə – Clash of Clans oyunudur.

“Tencent” şirkətinin inkişaf strategiyası bir qədər fərqlidir. Şirkət sərmayə strategiyasından istifadə etməklə yanaşı, işə amerikan oyun tərtibatçılarını cəlb etməyə çalışır.

“Tencent” in Qərbə artıq daxil olub, onun keçdiyi yol çox mürəkkəb olmuşdur, – deyə “Kantan Games” şirkətinin baş icraçı direktoru qeyd edir. – Kontentini ABŞ və Avropada inkişaf elətdirmək əvəzinə, onlar lokal şirkətlərə sərmayə edirlər və müdaxilə etməmək prinsipini rəhbər tuturlar”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...