Həm istifadəçilər, həm də təchizatçılar şirkətdən pul tələb edirlər.
Çində velosiped kirayəsi startup-ı olan Ofo, ciddi maliyyə çətinlikləri ilə qarşı-qarşıya qalıb iflas etmək üzrədir. Bu haqda Ofo-nun təsisçisi olan Day Vey heyətə yazdığı məktubda bildirmişdir, Financial Times yazır.
“Mən min dəfə bu haqda düşündüm, hətta şirkəti buraxmaq və iflas üçün müraciət etmək barədə fikirlərim də olub. Bu il biz güclü likvidlik təzyiqini yaşadıq. İstehlakçılara pul qaytarmaq və tədarükçülərə borcları ödəmək üçün və eyni zamanda şirkətimizi xilas etmək üçün hər bir yuanı üç yuana çevirməliyik”.
FT-nin məlumatlarına görə, 10 milyondan çox istifadəçi $14 dəyərində olan əmanətlərinin geri qaytarılması üçün virtual sıralarda durublar. Sentyabr ayında Ofo üçün velosiped istehsal edən şirkət, Ofo-nun ona $10 milyon borcu olması səbəbiylə məhkəməyə müraciət edib.
2014-cü ildə qurulduğundan bəri Ofo, Alibaba Group, Didi Chuxing, DST Qlobal Yuri Milner və başqa sərmayəçilərdən $ 2,2 milyard cəlb edə bilmişdir. 2018-ci ilin avqustunda Didi Chuxing Ofo-nun alışı ilə bağlı danışıqlar aparıb, lakin bununla bağlı heç bir nəticə əldə olunmamışdır.
Ofo-nun əsas rəqibi olan Mobike xidməti, 2018-ci ilin aprel ayında Çinin Holdinq Meituan Diapping-i tərəfindən satın alınıb. FT-nin sözlərinə görə, anlaşmanın qiyməti təxminən $3,7 milyard qədər ola bilər. Çinlilərin digər bir xidmətlərindən olan Bluegogo da həmçinin iflas etmək üzrə olub, lakin 2018-ci ilin əvvəlində Didi Chuxing tərəfindən satın alındıqdan şirkət fəaliyyətini davam etdirə bilmişdir.