Çinin Nreal şirkəti $15 milyonluq günəş eynəyi təqdim etdi

Date:

Paylaş:

“Bizplus.az”xəbər verir ki, şirkətin ilk sərmayəçilərindən biri Xiaomi təsisçisinin fondu və Baidu strukturu olmuşdur.

Çin şirkəti olan Nreal, 15 milyon dolla  cəlb edə bilmişdir. İlk dəfə olaraq şirkət qarışıq reallıq qarniturunu bizə günəş eynəyi şəklində təqdim edir.

Nreal Light eynəyinin çəkisi təqribən 85 qramdır. Bu, adi eynəyin çəkisindən çox, HoloLens və ya Magic Leap qarniturların çəkisindən isə azdır. Rəqiblərindən fərqli olaraq, şirkət, daha az sayda kameradan istifadə edir. Buna baxmayaraq, şirkətin baş direktoru olan Xu Chi bildirir ki, bu fakt, şəklin keyfiyyətinə təsir etməmişdi.

Şirkət qeyd edir ki, eynək rəqəmsal avatarlar və gerçək dünya arasında eyni anda lokalizasiya və xəritəçəkmə alqoritmindən (SLAM) istifadə edərək, real qarşılıqlı əlaqəni təmin edir. Qurğuda iki kameradan istifadə olunmuşdu.

Nreal Light eynəyinin görüntü sahəsi 52 dərəcə, ekran ölçüsü isə 1080p təşkil edir. Şirkət  bizə üçölçülü qrafika vəd edir. Cihaz, həmçinin, iki dinamik və mikrofona malikdir.

Şirkət ikinci və ya üçüncü nreal Light cihazlarının kütləvi istehsalını başlamağı planlaşdırır. Cihazın qiyməti hələ də müəyyən olunmayıb, lakin eynəyin qiyməti təqribən 1000 dollar olacağı artıq məlumdur. Müqayisə üçün HoloLens-in qiyməti 3000 dollar, Magic Leap isə 2,300 dollar təşkil edir.

Xu Chi keçmiş Magic Leap mühəndisidir, o, 2017-ci ildə nreal şirkətini təsis etmişdir. Şirkətin ilk investorları Xiaomi Lei Jun Fondunun təsisçisi olan Shunwei Capital fondu, Baidu-iQiyi və digərləri olmuşdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...