Əsas səhifə Biznes sahələri Texnologiya Çinin Lenovo şirkəti yeni smart-saatlarını təqdim edib

Çinin Lenovo şirkəti yeni smart-saatlarını təqdim edib

107
Paylaş

Lenovo şirkəti Carme adı altıda yeni “ağıllı”büdcə saatlarını təqdim edib.

Gadget Flipkart və Chroma vasitəsilə qara, yaşıl rənglərdə olmaqla istifadə olunacaq. Saatın 1,3 dyüm rəngli IPS-ekranı və Bluetooth 4.2 var. O, həm də 2.5D əyri şüşə, IP68 sertifikatı və 200 mAh batareya ilə təchiz olunub.

Lenovo Carme aktivliyə və yuxuya nəzarət edən 24 saatlıq ürək ritmi monitoruna malikdir. Bundan başqa, tullanma, badminton, futbol, basketbol, üzgüçülük, yeriş, qaçış və velosiped sürmə kimi səkkiz idman rejimi var.

Saat həm də hava məlumatı, telefonla axtarış, zəngli saat, saniyəölçən də təqdim edir və onun poçt yazıları, mətnlər, zənglər və sosial şəbəkələrdə tətbiqlər üçün bildirişlər göndərmək imkanı da var. Lenovo Carme Android 5.0 və daha sonrakı, həmçinin, iOS 9.0 və sonrakı cihazlarla birgə işləyir.