Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq Çinin elektromobil istehsalçısı “Xpeng” 400 mln. dollar cəlb edib

Çinin elektromobil istehsalçısı “Xpeng” 400 mln. dollar cəlb edib

49

Çinin elektrik avtomobillər istehsal edən Xpeng Motors şirkəti  C raundunda  Xiami və eyni zamanda özəllər də olmaqla, digər səhmdarlardan 400 mln. dollar cəlb edib. Startapın dəyərləndirilməsi və əməliyyatın digər detalları açıqlanmır.

TechCrunch mənbəsinin sözlərinə görə, Xpeng  təxminən 3,56 mlrd. dollar dəyərləndirilib – bunu, şirkət 2018-ci ilin avqustundakı son raund zamanı əldə edib.

Xpeng Xiaomi ilə smartfonların avtomobillərlə bağlantısı texnologiyasının tərtibatı üzərində birgə çalışır. Şirkətin digər tərəfdaşları arasında Çinin Alibaba internet-riteyleri də var. Bunu Bloomberg bildirir.

Qeyd edək ki, şirkət Tesla-nın rəqibi hesab olunur.

Rəy bildir

Please enter your comment!
Please enter your name here