Çinin elektrik diş fırçaları istehsalçısı olan Soocas, Vision Knight Capital, Kinzon Capital, Greenwoods Investment, Yunmu Capital və Cathay Capital kimi fondlardan 200 milyon yuan (30 milyon dollar) cəlb edib. Bu haqda TechCrunch xəbər verir.
Soocas – 2015-ci ildə Xiaomi şirkəti tərəfindən yaradılmış startup-dır. Qeyd edək ki, şirkət, Usmile və Roaman kimi Çin istehsalçıları ilə rəqabət aparır. Belə bir şəraitdə maliyyələşdirmə böyük əhəmiyyət kəsb edir.
Elektrik diş fırçaları, Çin istehsalçıları üçün yeni məhsuldur, TechCrunch yazır. Buna baxmayaraq, onların populyarlığı get-gedə artmaqdadır. Alimama (Alibaba strukturu) xidmətinin verdiyi məlumata görə, 2015-ci ildən 2017-ci ilə qədər elektrik diş fırçalarının satış həcmi iki dəfə artıb. Satış liderlərinə Procter & Gamble, Colgate və Hawley & Hazel Chemical kimi beynəlxalq firmalar daxildir.