Çinin internet seqmentinin dünya bazarında əhəmiyyətli payı var. Elektron ticarətdə, süni intellekt və təhsil sahəsində işləyən çoxlu çin şirkətləri var.
iMedia Research konsaltinq agentliyinin ekspertləri Çinin ən bahalı internet-şirkətlərinin siyahısını tərtib edib.
Aşağıda Çinin 10 ən bahalı internet-şirkətlərindən danışacağıq.
10. Meituan Dianping
Dəyəri: 250 milyard yuan
Meituan Dianping Pekində yerləşir, Çində bu şirkət haqqında çox az adam bilir. Meituan Dianping hazır yeməklərin çatdırılması və sifarişlərin həyata keçirilməsi (məsələn, park edilmiş maşınların yuyulması ) ilə məşğuldur, ərzaqlar və kinoya biletlər satır və birgə alışlara endirimlər təklif edir.
Şirkət 2015-ci ildə Meintuan və Dianping xidmətlərinin birləşməsindən yaranıb və o zaman birləşmiş qurumu 15 milyard dollar dəyərləndiriblər. Şəxsi məlumatlara görə, xidmət 5 milyon məhsul və xidmət satıcısı ilə əməkdaşlıq edir və onun ildə 280 milyon istifadəçisi olur.
9. 360 Security Technology İnc
Dəyəri: 255,4 milyard yuan
Şirkət Çində internet və mobil platforma inkişaf etdirmə üzrə istifadəçi sayına görə aparıcı yer tutur.
O, mobil cihazların və internetin təhlükəsizliyi üçün kompleks, effektiv və rahat məhsullar təqim edir.
8 . Xiaomi
Dəyəri: 306,9 milyard yuan
Лэй Цзюн tərəfindən 2018-ci ildə yaradılmış çin şirkəti Xiaomi Corporation ictimaidir.
Şirkətin əsas fəaliyyəti smartfonlar istehsal etməkdir.
Büdcə qərarlarından tutmuş flaqmanlara qədər müxtəlif məbləğdə nümunələrə rast gəlmək mümükündür.
25 oktyabr 2018-ci ildə Xiaomi özünün ilk smartfonu olan, geri çəkilən kameralı və 10 GB RAM-lı Mi Mix 3 “slider”-i barədə anons verdi.
7 . Didi Chuxing
Dəyəri: 320 milyard yuan
Uber-in çinli rəqibi onun ABŞ-dakı göstəricilərini üstələyə və Çində bir gündə 20 milyon gediş həyata keçirməyə nail ola bilib.
Bu şirkət təkcə taksi xidməti göstərməklə kifayətlənməyib, avtomobil, lüks klass nəqliyyatların icarəsi və avtomobil arendasını da həyata keçirir və bununla da 21-ci əsrin ən uğurlu yerli şirkətlərindən birinə çevrilib.
6 . JD
Dəyəri: 333,8 milyard yuan
JD.com Pekində yerləşən və internet-ticarət, həmçinin elektron sahibkarlıqla məşğul olan çin şirkətidir.
B2C modeli üzrə əməliyyat həcminə görə, çin internet-ticarətində ən əsas yerlərdən birini tutur.
Beynəlxalq ticarətə 2012-ci ilin oktyabrında ingilisdilli veb-sayt buraxılışı ilə başlayıb.
5 . Bytedance
Dəyəri: 400 milyard yuan
ByteDance şirkəti 2012-ci ildə Çində yaradılıb və elə o vaxtdan da mobil tətbiqlərin inkişafı üzərində işləyir.
Onun əsas məhsulu Toutiao xəbər toplayıcısıdır və onun bir günə olan izləyici sayı 120 milyondur.
4. Baidu
Dəyəri: 524,2 milyard yuan
Baidu çin şirkəti veb-xidmətlər həyata keçirir və onlardan ən əasa olanı eyniadlı axtarış sistemidir, belə ki, çin axtarış sistemləri sırasında da liderdir. Qlobal axtarıcılar bazarının 1,5 %-ni tutur.
Baidu-nun indeksində 740 milyondan çox veb-səhifə, 80 milyon şəkil və 10 milyon mediafayl var.
Hal-hazırda alman istehsalçıları ilə birlikdə Baidu Antivirus 2013 Beta-nı istifadəyə verir.
Antivirus proqramı Baidu Antivirus idarəedicisinə və hər növ onlayn təhlükədən kompleks qoruyucu Avira Antivirus adlı antivirus idarəedicisi olan Baidu Cloud Security bulud idarəedicisinə malikdir.
3. Ant Financial
Dəyəri: 800 milyard yuan
2015-ci ildə Ant Financial-ın 450 milyondan çox aktiv istifadəçisi var idi, bununla belə onlardan 150 milyonu KXR-in aqrar rayonlarına gəlib. Daha da məşhur xidmət Alipay-dir , onun 400 milyon istifadəçisi var.
Ant Financial-ın rəhbərliyi heç vaxt gizlətməyib ki, veb-texnologiyalardan istifadə etməklə maliyyə xidmətləri sahəsində inqlab etməyə can atır.
2017-ci ildə Ant Financial aktiv surətdə öz beynəlxalq fəaliyyətini genişləndirdi.
Asiya bazarı üçün şirkətin Honq-Konq – un mobil ödəniş bazarına çıxması maraq doğurur. Burada AlipayHK ödəmə tətbiqi işləyir.
2. Tencent Holdings Ltd
Dəyəri: 3,14 trilyon yuan
Tencent -1998-ci ildə Şenjen şəhərində yaradılan Çinin səhmdar xoldinq şirkəti. Bu şirkət dünyada ən iri səhmdar şirkətdir və həmçinin, ən iri vençur şirkətlərdən biridir.
Tencent-ə tərəfdaş şirkətlər Çində olduğu kimi digər ölkələrdə də yüksək texnologiya biznesinin müxtəlif sahələrində, eyni zamanda fəqli internet-xidmələri, süni intellekt və elektron əyləncə sferasında inkişaf işlərində ixtisaslaşmışdır.
Tencent-in çoxsaylı xidmətləri sırasında sosial şəbəkələr,musiqili və veb-portallar, electron ticarət vasitəsi, ödəmə sistemləri, mobil və onlayn-oyunlar var.
Çində geniş yayılmış Tencent QQ mesajlarının ani mübadiləsi xidməti və WeChat səsli və mətn mesajlarının ötürülməsi tətbiqi də Tencent-ə məxsusdur.
Tencent istifadəçilərinin sayına görə Facebook, YouTube və Qzone sosial şəbəkələrindən sonra dünya üzrə üçüncü, Çində isə birinci yeri tutur.
1 . Alibaba Group Holding Ltd
Dəyəri: 3,16 trilyon yuan
Alibaba Çinin ictimai şirkəti olaraq internet-ticarət sahəsi üzrə işləyir və Alibaba.com veb-portalına məxsus B2B-nin sahibidir.
Əsas binası Xancoudadır. Əsas fəaliyyət sahəsi müxtəlif onlayn-ticarət və şirkətlər arasında ticarət əməliyyatlarının B2B sxemi üzrə həyata keçirilməsidir.