Çingiz Salam: “Sahibkar üçün hərəkətverici qüvvə uğurdur”

Date:

Paylaş:

Azərbaycanda tatu üzrə ilk qadın-usta, asan yolla getməyi deyil, qabaqcıl olmağa üstünlük verən, Yana Lyubimenko (Yana lu), uşaqlıqdan ətirlərin sehri ilə ovsunlanan ətriyyatçı Salam Çingiz Akif və notaların sehrli oyununa aşiq olan, öz həyatını sənətə xidmət etməyə həsr etmiş istedadlı musiqiçi, skripkaçı, orqançı və bəstəkar Üzeyir Məmmədov – hər bir qəhrəmanımız özünə xas və özünəməxsus unikaldır. Onları həyat yolu ilə aparan arzu və şəxsi imkanlarına olan inamdır. Gəlin onlarla yaxından tanış olaq.

Lyubimenko Yana (Yana lu), Azərbaycanda tatu üzrə ilk qadın-usta

” Mənim üçün uğur – nəticədən sonra səni öz yaxınlarına tövsiyə edən müştərilərimin razı simalarını görməkdir. Mənim ən böyük nailiyyətim hələ qabaqdadır, hələlik isə mən təcrübə qazanıram, sınaqlar edirəm, öyrənirəm. Haçansa özümdə güc tapsam və anlasam ki, başqalarını öyrətməyə, onlarla bildiklərimi paylaşmağa hazıram – bax bu mənim nailiyyətim olacaq.

Əlbəttə, mən təkmilləşmək, beynəlxalq tatu-konvensiyalara getmək, xarici studiyalarda işləmək istəyirəm. Sevdiyim işi gəlirli biznesə çevirmək – mənim fikrimcə, heç də pis məqsəd deyil! “

Çingiz Salam, ətriyyatçı, Azərbaycan seçmə ətriyyat brendinin yaradıcısı

” Sahibkar üçün hərəkətverici qüvvə nədən ibarətdir? Cavab sadədir: uğur.  Uğur – özünü reallaşdırma və şəxsiyyətin formalaşmasıdır. Həyatının işinə ürəyini qoyarkən, insan qarşılığını gözləyir: əkilmiş ağac bəhrə gətirməlidir. Övladlarımızı böyüdüb tərbiyə edərkən biz onların kim olduqlarına sevinirik. Mənim isə övladım UNIQUE LUXURY ətir şirkətidir. 

Uşaqlıqdan mənə bir-birinə qətiyyən bənzəməyən ətirlərin necə yaranması çox maraqlı olub, ətriyyatçılar ətirlərə xüsusi cazibədarlıq verən, fərqli notalarla səslənən inqrediyentləri hansı prinsipə görə  seçirlər. İllər keçdi, maraq nəinki azaldı, əksinə məni öz ətir formulamı yaratmaq və çıxarmaq ideyasına sövq etdi.  Eksperiment apararaq və ətirin yaranma tarixinin dərinliklərini tədqiq edərək mən istehsalın unikal sxemini aşkar etdim və bu da mənim brendimin formalaşmasının təməli oldu.

Mən çox məmnunam və anlayıram ki, UNIQUE milli brendinə tələbat var və seçilmiş ətirlər xətti daha çox insanları sevindirir.

Mən əldə etdiklərimlə kifayətlənmək fikrində deyiləm, çünki brendin uğurlu və daha çox tanınmış olması məni yalnız həvəsləndirir. Sonrakı hədəfimiz – dünya ətriyyat bazarında layiqli yer tutmaqdır. “

Üzeyir Məmmədov musiqiçi (bəstəkar skripkaçı, orqançı, orqan ustası), Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu

” Mənim üçün uğur kimi bir kateqoriya yoxdur. Nəticəsindən asılı olmayaraq hər hansı bir hadisə mənim dünyagörüşümün yeni üfüqlərini aşkar edən dəyərli və maraqlı təcrübəyə çevrilir. Yaddaş, düşüncə – bu şəxsiyyətin özülüdür, sənətdə isə şəxsiyyət və dünyagörüşü əsas həlledici əhəmiyyət daşıyır. İnsan – bir güzgüdür, sənət əsəri isə – əks olunmadır. Təmiz güzgü olmaq – bax, uğur budur.

Mən öz peşəmdə dərslərimin konsepsiyasını formalaşdırmışam. Bu da mənə maraqlı nəticələr əldə etmək imkanı verəcək. Onlardan bəziləri artıq  göz qabağındadır.

Mənim son konkret məqsədim yoxdur, çünki heç vaxt əldə etdiyimizin üzərində dayanmaq olmaz. Mən həmişə irəli baxıram! “

© Nargis Jurnalı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...