Çindən İlon Maska ABŞ-ı qıcıqlandıracaq ticari təklif

Date:

Paylaş:

“Bizplus.az”-ın məlumatına görə, “Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı Çinə səfər edib. Bu zaman yerli hökumət sahibkara “yaşıl kart” (green card) verib. Mask bu kart sayəsində Çində vergi rezidentinə çevrilə və ölkədə biznes fəaliyyəti ilə məşğul ola bilər. İndi o, Şanxayda “Tesla” fabrikinin tikintisinə nəzarət etmək üçün Çində səfərdədir. Və bu, ABŞ hökumətini düşünməyə vadar edən ciddi səbəbdir. Niyə?

Birincisi, “Tesla” şirkəti istehsal sahəsi cəhətdən ABŞ-dan sonra ikinci ölkə olaraq Çini seçib. Aydındır ki, İlon Mask Çin bazarının, onun işçi qüvvəsinin bütün potensialını başa düşür. Təsadüfi deyil ki, “Apple” də daxil olmaqla şirkətlərin əksəriyyəti məhsullarının çoxunu məhz burada istehsal edir. ABŞ-dan fərqli olaraq Çin xərcləri minimallaşdırmağa imkan yaradır.

Bundan başqa, Mask məhz Çin-ABŞ münasibətlərinin gərginləşdiyi bir vaxtda yerli hökumətlə yaxınlaşmağa başlayıb. Donald Tramp (Donald Trump) hələ də Çindən idxal olunan məhsullara rüsum tətbiq etmək, ümumiyyətlə iki ölkə arasında ticarəti çətinləşdirmək istəyir. Artıq buna görə bir çox Amerika şirkəti problemlə üzləşib. Belə ki, “Apple” şirkətinin başçısı Tim Kuk (Tim Cook) bu yaxınlarda bildirib ki, Amerika hökumətinin “qaykaları bərkitməsindən” dolayı “iPhone”-nun satışları elə də yaxşı vəziyyətdə deyil.

Çin xarici investisiyaları və Mask kimi beynəlxalq kadrları cəlb etməyə çalışır. Bununla belə, məlumdur ki, Çinin “yaşıl kart”ını almaq çox çətindir. 2016-cı ildə bu kartı təxminən 10 min əcnəbi ala bilib. Eyni zamanda 2017-ci il ərzində ABŞ-da daimi yaşayış icazəsi alanların sayı 1 milyon nəfərdən çox olub. Lakin “Tesla”nın zavodu Şanxay üçün çox vacibdir. Bu, şəhər tarixində xarici şirkət tərəfindən maliyyələşən ən böyük sənaye layihəsidir.

Ona görə əgər ABŞ hökuməti İlon Maska qarşı aqressiv siyasətini davam etdirmək istəsə (bura qiymətli kağızlar komissiyası ilə təhqiqat işi və Trampın diqqəti daxildir), sahibkar Çinə köçə və biznesini bu ölkəyə daşıya bilər. Yerli rəhbərlik böyük məmnuniyyətlə belə böyük həcmdə investisiyanı qəbul edəcək, Maskın özü isə xərclərini azalda biləcək (düzdür, peyklərin buraxılması ilə çətinlik yarana bilər). Beləliklə, Maskin əlinə yeni kozır düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...