“Apple” şirkətinin kapitallaşması 18 milyard dollar artıb. Belə ki, Çindəki iPhone istehsalını dayandırmış “Foxconn” şirkəti yenidən fəaliyyətə başlayıb.
Qeyd edək ki, “Foxconn” şirkəti “Apple” ın ən böyük tərəfdaşıdır, fevralın sonuna qədər istehsalın ən azı 50%-dək bərpa olunması nəzərdə tutulur.
Bizplus.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
Bildiyimiz kimi, koronavirus epidemiyasının yayılması səbəbilə Çində fəaliyyət göstərən bir çox şirkətlər öz işini dayandırmışdı. Müqavilə istehsalçısı mart ayında istehsalın 80%-ni bərpa etmək niyyətində olduğunu bildirib.
Mütəxəssislərin fikrincə, koronavirus nəticəsində smartfon tədarükünün 10% azala biləcəyini proqnozlaşdırırlar. “HP”, “Oppo”, “Vivo”, “Xiaomi” və digər bir çox tanınmış şirkətlər də öz məhsullarını Çində istehsal edir.
Qeyd edək ki, yalnız “Samsung Electronics” smartfon istehsalını Çindən çıxarıb.