Bunun səbəbi isə pişik əli formasında olan yeni fincanlardadır.
Starbucks şirkəti, Çin bazarına Cat Paw Cup fincan kolleksiyasını istifadəyə buraxıb. Bu fincan pişik əli formasında hazırlanıb, onun qiyməti isə 199 yuan (təxminən 30 dollar) təşkil edir.
Şəbəkənin müştəriləri yeni fincanları o qədər bəyəndilər ki, onları əldə etməkdən ötəri hətta davaya belə əl atıblar.
Bu halda Starbucks yeni fincanların onlayn mağazasında satışını elan etdi (bir gün üçün min ədəd). CNN-in məlumatına görə, ilk min ədəd 0,1 saniyəyə, qalan 3000 ədəd isə bir saniyəyə satılıb.
İstifadəçilər şəbəkəni qəsdən belə bir strategiyaya əl atdığında günahlandırıblar. Müştərilərin fikrincə, Starbucks burada gəlirlərin artırılması məqsədini güdür. Şəbəkə bütün ittihamları rədd edir.