Bir qrup çinli tədqiqatçı tərəfindən insanları əllərindəki damarların bənzərsiz şəklinə görə məsafədən tanıyan texnologiya ixtira edilib.
“Melux” şirkəti tərəfindən ərsəyə gətirilən və “AirWave” adı verilən yeni texnologiya süni intellektə əsaslanmaqla insanlarda iri və xırda damarların yerləşməsindəki fərqləri ayrıd edir. Belə ki, şəxsiyyəti eyniləşdirilən şəxsin əlini cihaza salıb çıxarması kifayətdir.
Ölkənin Kinqdao şəhərində keçirilən Asiya – Avropa İnnovasiya və İnkişaf Forumundakı nitqində “Melux” şirkətinin təsisçisi və rəhbəri Sie Kinqlu yeni texnologiya vasitəsilə bəlli şəxsin əlini milyard nəfərin içində cəmi onda üç saniyədən də az müddətdə ayır etməyin mümkünlüyünü bildirib. Onun dediyinə görə, texnologiya artıq ölkənin cənubundakı Quanqdonq əyalətində bəzi iaşə müəssisələri və rəsmi ictimai xidmət sahələrində tətbiq olunur. Hazırda şirkət tərəfindən Quanqjou metro operatoru ilə sözügedən texnologiyanın tətbiqinə dair danışıqlar aparılır.
Sie Kinqlu ixtira etdikləri texnologiyanın yaxın gələcəkdə bank kartlarını da əvəz edərək maliyyə xidmətləri, ödənişlər, ictimai nəqliyyat, sosial təhlükəsizlik kimi sahələrdə geniş tətbiq olunacağını güman edib.