Çində azad ticarət zonaları yaradılır

Date:

Paylaş:

Çin Dövlət Şurası ölkə ərazisində altı yeni sınaq azad ticarət zonaların yaradılması ilə bağlı layihə təsdiqləyib.

Həmin xüsusi zonalar ölkənin cənubundakı Quanqsi Juanq muxtar bölgəsində, cənub-qərbdəki Yunnan əyalətində, şərqdəki Şandonq və Cianqsu əyalətlərində, şimal-şərqdəki Heilonqcianq əyalətində, şimaldakı Hebei əyalətində yaradılır.

“Yeni dövrdə Çin Xalq Respublikasının açıqlığını artıran strateji tədbirlərdən biri” kimi təqdim edilən layihənin ölkənin ayrı-ayrı regionları ilə dünya arasındakı iqtisadi-ticari əməkdaşlıq əlaqələrinə dövlət məhdudiyyətlərini aradan qaldırmaqla keyfiyyət artımına və milli potensialın üzə çıxarmasına başlamaq barədə dövlət başçısı Si Cinpinq tərəfindən irəli sürülmüş fikirlər nəzərə alınmaqla icra olunacağı göstərilir.

Qeyd edək ki, iyunun 28-də Osakadakı G-20 sammiti zamanı Çin dövlət başçısı yaxın zamanlarda idxalatın artımına maneə yaradan bir sıra süni əngəlləri aradan qaldıracaqlarını, beynəlxalq ticarət əlaqələrinə xələl gətirən sistem qüsurlarını dəf etmək üçün yaxın vaxtlarda altı azad ticarət zonaları təsis ediləcəyini, bununla yanaşı iqtisadi qloballaşma proseslərinin geniş sirayət etdiyi Şanqhai bələdiyyəsinin və cənubdakı kurort bölgəsi olan Hainan əyalətinin də inkişaf strategiyasına xüsusi diqqət yetirəcəklərini açıqlamışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...