Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Çində dolların məzənnəsi qalxdı

Çində dolların məzənnəsi qalxdı

273
Paylaş

Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,8957 yuana bərabər müəyyən edib.

Bizplus.az Report-a istinadən xəbər verir ki, sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il mayın 11-də olub.

Çinin pulu Amerika valyutası qarşısında 5 gündür ucuzlaşır.

Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,9 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub.

Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır.