Əsas səhifə Biznes sahələri Texnologiya Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması

203
Paylaş

Apple Çindəki onlayn mağazasında iPhone, iPad, Mac və AirPods qurğularının qiymətlərini təxminən 6% azaldıb. Bu, ölkədə ƏDV-nin azalması ilə əlaqədar olmuşdur.

Xatırladaq ki, dördüncü rübdə Apple şirkətinin gəliri 5 milyard dollar düşüb, qiymətlərdə müşahidə olunan ucuzlaşma da bununla bağlı olmuşdur. 1 apreldən etibarən Çinin  Tmall və JD.com riteylerləri də şirkətin məhsullarının qiymətlərini kəsmişdir. Hal-hazırda, Çinin xarici istehsalçıları üçün ƏDV 16% yerinə 13% təşkil edir. Ayın başlanğıcından etibarən, iPhone XR smartfonunun qiyməti 29 mart tarixinə nisbətən 4,6% azalıb.

Hong Kong və Tayvan da daxil olmaqla, 2018-ci ilin dördüncü rübündə Çinin payına Apple gəlirlərinin təxminən 15% -i düşür. Buna baxmayaraq, Apple-ın Çin bazarında gəlirləri 13,17 milyard dollardan 9 milyard dollara qədər azalmışdır.

Bloomberg-in daha əvvəl verdiyi məlumata görə, Apple dünyanın ikinci ən gəlirli şirkəti hesab olunur (59,5 milyard dollar), “Saudi Aramco” isə bu siyahıda 111,1 milyard dollarlıq xalis mənfəətlə birinci yer almışdır.