Çin hökuməti ölkədə işlək olan bütün “Wikipedia” versiyalarını blok edib. Bu qərarı Tiananmen meydanında keçirilən tələbə etirazlarının 30 illiyi ilə əlaqələndirirlər. Çin dilində onlayn-ensiklopediya əvvəllər də blok edilib.
Şəbəyə müdaxilə üzrə Açıq müşahidə nümayəndələrinin açıqlamasına görə, Çində “Wikipedia” xidməti bütün dillərdə fəaliyyətini dayandırıb. Layihəni “Tor Project” qeyri-kommersiya təşkilatı təqdim edib. Onun açıqlamasına görə, “Wikipedia”-nın bütün versiyaları ölkədə aprelin sonundan blok edilib. İndi bunu “Wikimedia Foundation” təsdiqləyib. Əvvəllər ensiklopediya ancaq çin dilində işləmirdi.
“Wikimedia Foundation”-un mətbuat katibi Samanta Len deyib ki, fond Çin hökumətindən heç bir bildiriş almayıb. Mütəxəssislər görüblər ki, əvvəllər də Tiananmen hadisələri, dalay-lama və ya Tibetlə bağlı hadisələr haqqında məqalələr blok olunub. Hazırki blok edilmələr 1989-cu ildə tələbələrin kütləvi şəkildə etiraz aksiyaları keçirdikləri Tiananmen meydanındakı hadisələrlə bağlı ola bilər. Çin hökuməti tez-tez belə il dönümləri qabağı minlərlə saytı müvəqqəti blok etməyə əl atır. Bununla da “Google”, “Facebook” və “LinkedIn” Çində istənilən vaxt işlək vəziyyətdə olmur.
“Freedom House” təşkilatının keçən ilki məlumatlarına əsasən, Çin dünyada internetin ən aşağı sərbəstlik səviyyəsinə malikdir. Təkcə 2018-ci ildə ölkədə 3 min sayt blok edilib.