Xiaomi və Didi də daxil olmaqla 300-dən çox çin şirkəti koronavirusun acı nəticələrini aradan qaldırmaq üçün bankları köməyə çağırıblar. Bu barədə Reuters agentliyi iki bank mənbəsinə istinadən xəbər verir.
Söhbət koronavirusdan daha çox əziyyət şirkətlərdən gedir. Onlar banklardan ümumilikdə 8,2 mlrd. dollar kredit istəyiblər.
Qeyd edək ki, çin rəsmiləri biznesin onlara kömək üçün müraciət edə biləcəklərini bildirmişdilər.
Meituan Dianping, Didi, Xiaomi və Megvii Reuters-ə rəy bildirməkdən imtina ediblər.