Çin şirkəti “AS Group Investment”in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək

0
797

Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bizplus.az Trend-ə istinadən xəbər verir ki, AS Group-dan  verilən məlumata görə, müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti tərəfindən imzalanıb. Tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.