Çin şirkəti Avstraliyanın uşaq yeməkləri istehsalçısını təxminən 1 mlrd. dollara alır

Date:

Paylaş:

Çinin Honkonq xüsusi inzibati bölgəsində qeydiyyatda olan “Mengniu Dairy” şirkəti Avstraliyanın körpə uşaqlar üçün orqanik yeməklər istehsal edən “Bellamy’s” firmasının aksiyalarının 59 faizini 980 milyon ABŞ dollarına alır.

Avstraliyanın İnvestisiya Nəzarəti Bürosu sövdələşmənin ölkənin iqtisadi maraqlarına qarşı olmadığna dair qərar verib. Bununla yanaşı, şirkətin baş ofisinin ən azı 10 il Avstraliyada qalması, habelə idarə heyəti üzvlərinin əsas hissəsinin Avstraliya vətəndaşları olması şərt kimi irəli sürülüb.

Pay hesabı ilə Avstraliyanın uşaq yeməkləri bazarında 4-cü olan “Bellamy’s”in səhmdarları gələn ay sövdələşməyə dair yekun qərar qəbul edəcək. Şirkətin baş icraçısı Endryü Kohen bildirib ki, Çində süd məhsulları istehsalında öndə gələn kampaniyalardan biri olan “Mengniu” ilə əldə olunan sövdələşmə “Bellamy’s”in Çin bazarındakı biznesinə də uğur gətirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...