Əsas səhifə Biznes sahələri Texnologiya Çin şirkəti pişikləri klonlaşdırmağı öyrənib

Çin şirkəti pişikləri klonlaşdırmağı öyrənib

59

Çinin Sinogene Biotechnology şirkəti pişikləri klonlaşdırmağı öyrənib. Bu barədə Çinin Zol texnoloji portalı yazır. Artıq layihənin yaradıcıları klonlaşmış ev heyvanlarının satışı biznesini qurmaq istəyirlər.

Çində  iyulun ortaları, ilk pişik balasının uğurla klonlaşdırılması həyata keçirilib – onu surroqat ana (  daşıyıcı analıq) dünyaya gətirib. O, səhhətində yaranan problemdən öldükdən sonra sahibi onu klonlaşdırmaq qərarına gəlib.

Klonlaşdırma prosesi orta hesabla təxminən iki ay çəkir – bu müddət ərzində alimlər klonlaşdırılan heyvandan hüceyrəni çıxarırlar və yeni doğumlar üzərində işləyirlər. Şirkətin rəhbəri deyib ki, SBC, maksimum şəkildə öz orijinalına oxşayacaq klonlar yaratmaq üçün zamanla süni zəkadan istifadə etməyə başlamağı düşünür.

Klonlaşdırmanın qiyməti təxminən 35 min dollardır. Ömürlərinin uzunluğu hesabına görə belə heyvanlar öz orijinallarından fərqlənmirlər. Bəzi pişik həvəskarları öz heyvanlarının ölümünü göaə alaraq, artıq klonlaşdırma xidmətini bron ediblər. Şirkət itləri də klonlaşdıra bilir, amma bu baha başa gəlir – 54 min dollar. Gələcəkdə isə digər heyvanları, məsələn atları da klonlaşdırmağı düşünür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here