Əsas səhifə Xəbərlər Xarici xəbərlər Çin şirkəti koronavirusa görə təmassız qida çatdırılması xidmətini işə salıb

Çin şirkəti koronavirusa görə təmassız qida çatdırılması xidmətini işə salıb

28
Paylaş

Çinin Meituan Dianping qida çatdırılması şirkəti Covid-2019 epidemiyasının yayılması səbəbindən sifarişlərin təmassız çatdırılmasını təmin edib. Bu barədə Business Insider yazır.

Şirkət yeni xidməti əvvəlcə, koronavirusun yeni növünün yayıldığı Uxan şəhərində, bu ilin 26 yanvarında sınaqdan keçirib. İndi isə o, bütün Çin ərazisində keçərlidir.

Təmassız çatdırılmada kuryer sifarişi öncədən təyin olunmuş yerdə qoyur və sonra müştəriyə zəng edib xəbər verir. Sifarişlə birgə paketdə, qidanın hazırlanmasında və çatdırılmasında iştirak etmiş bütün şəxslərin temperaturunu göstərən  qeyd də qoyulur. Bundan başqa vərəqədə dezinfeksiya barədə məlumat da olur.

Meituan Dianping-in məlumatına görə 26 yanvardan 8 fevrala kimi təmassız xidmətdən 80%-dən çox istifadəçi yararlanıb. Uxanda bu göstərici 95,1%-dir.

Qeyd edək ki, sözügedən şirkətin ardınca KFC və Pizza Hut kimi digər şirkətlər də belə bir xidmət təklif ediblər.