Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Çin şirkəti ilk dəfə satış üçün pişik klonu yaradıb

Çin şirkəti ilk dəfə satış üçün pişik klonu yaradıb

158
Paylaş

Çinin “Sinogene” şirkəti ilk dəfə olaraq satış üçün pişiyi klonlaşdırıb.

Bunu şirkətin vitse-prezidenti Van İnina bəyan edib.

Məlum olub ki, klonlaşdırılan heyvanın sahibi, öz ev heyvanın xəstəlik səbəbindən ölümü ilə barışmayıb və buna görə şirkətə müraciət edib.

Qeyd olunub ki, klonun DNT-si ölən ev heyvanının DNT-si ilə eynidir. Lakin heyvanların bəzi xüsusiyyətləri fərqlənə bilər.

Bundan başqa ev heyvanını klonlaşdırmaq 250 min yuana (66 min manat) başa gəlir.

Xatırldaq ki, bir müddtə əvvəl Çinin “Sinogene” şirkəti yaxın vaxtlarda klonlaşdırılmış pişiklərin kütləvi ticarətinəbaşlayacağını bəyan etmişdi.