Əsas səhifə Biznes Çin şirkəti “AS Group Investment”in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək

Çin şirkəti “AS Group Investment”in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək

355

Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bizplus.az Trend-ə istinadən xəbər verir ki, AS Group-dan  verilən məlumata görə, müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti tərəfindən imzalanıb. Tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.