Əsas səhifə Biznes sahələri Texnologiya Çin özünün Silikon Vadisini inşa edəcək

Çin özünün Silikon Vadisini inşa edəcək

610
Paylaş

Çinin informasiya texnologiyaları şirkətləri sürətlə inkişaf edir və onların sayı durmadan artır. Ölkədə artıq yüzlərlə süni intellekt istehsalçısı var. Bir çox istehsalçılar innovativ qurğuların yaradılması üzərində çalışır, daim yeni proqram məhsullarını yaradırlar. Biotexnoloji şirkətlərin, bərpa olunan və təmiz enerji sahəsi ilə məşğul olan startapların da sayı artmaqdadır. Onları rahat və müasir mühit yaradaraq vahid bir məkanda yerləşdirmək lazımdır ki, inkişaf edə və səmərəli işləyə bilsinlər. Bunun üçün 2017-ci ilin aprelində Pekinin cənubunda Silikon Vadisinin Çin analoqu olan Syunyan şəhərinin inşa edilməsinə qərar verilib. Məqsəd müasir informasiya texnologiyaları şirkətlərini layihəyə cəlb etmək və onları “yerli” yaşayışla təmin etməkdir.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, ilk rezident şirkətlərdən biri aerokosmik texnologiyalar və səhiyyə sahəsində rəqəmsal layihələr hazırlayan “Kuang-Chi Group” şirkəti olub. Onun filialı Syunyanda yeni materialların axtarışı ilə məşğul olacaq. “China Mobile”, “Baidu”, “Tencent”, “Alibaba” kimi böyük şirkətlər də Syunyana köçmək istədiklərini bildiriblər.