Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Çin öz kriptovalyutasını hazırlayır

Çin öz kriptovalyutasını hazırlayır

61
Paylaş

Çinin Mərkəzi Bankı, funksionllıq baxımından Facebook-un Libra-sına çox oxşayacaq rəqəmsal valyuta hazırlayır.

Bu barədə Reuters, Çinin Milli bankının ödənişlər bölməsinin direktor müavini Mu Chanchunya-ya istinadən məlumat verir.

Müavinin sözlərinə görə, milli kriptovalyuta ölkədə “ valyuata suverenitetinin və leqal valyuta statusunun” qorunması üçün hazırlanır. “Rəqəmsal yuan”   WeChat və Alipay kimi iri ödəniş platfomalarında aktiv olacaq.

Ola bilsin ki, Çinin Milli bankının rəqəmsal valyutası Libra-dan qabaq çıxsın.

Çinin UnionPay ödəmə sisteminin sədri və Milli bankın keçmiş katibi Shao  Fuzhuyu bildiriblər ki, hal-hazırda rəqəmsal valyutanın buraxılması üzrə müxtəlif plan layihələri və formatlar nəzərdən keçirilir.

Chanchun qeyd edib ki, Çinin kriptovalyutası ancaq blokçeynə əsaslanmayacaq, bu, onun pərakəndə ödənişlərdə geniş yayılmasına mane ola bilərdi.