Əsas səhifə Biznes sahələri Texnologiya Çin öz əməliyyat sistemini yaradacaq

Çin öz əməliyyat sistemini yaradacaq

69
Paylaş

China Standard Software (CS2C) və Tianjin Kylin Information (TKC) şirkətləri birgə yerli əməliyyat sistemlərini yaradacaqlar. Bu barədə Çinin China Electronics korporasiyası xəbər verir.

NeoKylin Linux əməliyyat sistemi və Kylin server əməliyyat sistemi Çin bazarında əsas yerli əməliyyat sistemləri sayılırlar.

NeoKylin Linux əməliyyat sistemi serverlərdən tutmuş fərdi kompüterlərə kimi əsas açıq aparat platformalarını tam olaraq dəstəkləyir.

Qeyd edək ki, hal-hazırda CS2C və TKC məhsulları maliyyə, energetika, nəqliyyat, səhiyyə və digər sahələrdə olan tədbirlərdə istifadə olunurlar.